Koronavirusa yoluxanların sayı 850 mini keçdi Rusiyada

2 Avqust 2020 13:17 (UTC+04:00)

Rusiyada son sutka ərzində 5427 nəfər koronavirus infeksiyasına yoluxub. SİA-nın verdiyi məlumata görə, ölkə üzrə ümumi yoluxma sayı 850 870 nəfərə yüksəlib. Koronavirus qurbanlarının sayı 70 nəfər artaraq 14 128-ə çatıb. İndiyədək 650 173 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada dördüncü yerdədir.