COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı Gürcüstanda

2 Avqust 2020 11:15 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir. Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.