Şamaxı ərazisində 3,2 maqnitudada zəlzələ olub

2 Avqust 2020 01:27 (UTC+04:00)

Ötən gün yerli vaxtla saat 23:54-də Qobustan stansiyasindan 23 km qərbdə - Şamaxı ərazisində 3,2 maqnitudada zəlzələ olub.

SİA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.