Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər ölüb

2 Avqust 2020 08:47 (UTC+04:00)

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var.

SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.