TikTok rəhbərliyi Trampın təhdidlərinə cavab verib

1 Avqust 2020 23:15 (UTC+04:00)

TikTok şirkətinin baş direktoru Vanessa Pappas ABŞ cəmiyyətinin göstərdiyi dəstəyə görə istifadəçilərə təşəkkür bildirib.

SİA "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, şirkət rəhbəri bu barədə tvitter səhifəsində yazıb.

Bildirib ki, ABŞ-da uzun müddət qalmaq niyyətindədirlər: "Hər gün TikTok-dan istifadə edən, gündəlik həyatımıza yaradıcılıq və sevinc gətirən milyonlarla amerikalıya təşəkkür edirəm. Çoxsaylı dəstəyinizi gördük. Heç bir yerə getmək planımız yoxdur... Uzun müddət buradayıq".

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ-ın IT nəhəngi olan “Microsoft”un TikTok xidmətini əldə etmək üçün ByteDance ilə danışıqlar aparması ilə bağlı xəbər dərc etmişdi. Sonradan prezident Donald Tramp ABŞ-da TikTok tətbiqini qadağan etməyi planlaşdırdığını açıqlamışdı.