“Sabah” Ramil Şeydayevin başa çatan müqaviləsini uzadıb - RƏSMİ

1 Avqust 2020 22:14 (UTC+04:00)

“Sabah” futbolçusu Ramil Şeydayevin başa çatan müqaviləsini uzadıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu daha bir il paytaxt təmsilçisində çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü bu ilin fevral ayından "Sabah"da oynayır.