Braziliyada ötən sutka ərzində koronavirusdan 1088 nəfər ölüb

2 Avqust 2020 07:36 (UTC+04:00)

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 45 392 nəfər yoluxub.

SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 707 877 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 088 nəfər ölüb, ölənlərin ümumi sayı 93 563 nəfər təşkil edir.