Kaan ilə Hadisə bir arada

1 Avqust 2020 15:25 (UTC+04:00)

Müğənni Hadisə və aktyor Kaan Yıldırım artıq eşqlərini gizlətmirlər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kaan ötən gündən sevgilisi ilə şəkillərini sosial şəbəkə hesabında yayımlayıb.

Yıldırım Hadisə ilə olan ağ-qara fotosuna "Söyüt ağacı" qısa şərhini yazıb.

Az keçmədən aktyor yaxtada dincələn zaman lentə aldıqları daha bir şəkillərini izləyiciləri ilə bölüşüb.