Ermənistanda koronavirusa yoluxanların sayı 39 minə çatır

1 Avqust 2020 11:14 (UTC+04:00)

Ermənistanda daha 291 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 841-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 749-a çatıb. İndiyədək 29 557 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 307 aktiv koronavirus xəstəsi var.