Türk F-16-ları Azərbaycanda! Dosta güvən, düşmənə qorxu

1 Avqust 2020 10:40 (UTC+04:00)

“TurAz Qartalı-2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib. SİA-nın verdiyi məlumata görə, bu barədə Türkiyənin "Sabah" qəzetində geniş məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğularaq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

Xəbər "Azərbaycanda Türk F-16-ları! Düşmənə qorxu, dostlara güvən" başlığı ilə dərc edilib.

Xəbəri tam olaraq bu linkdən oxuya bilərsiniz: https://www.sabah.com.tr/galeri/dunya/turk-f-16lari-azerbaycanda-dosta-guven-dusmana-korku-verdiler/17