Çində bir gündə koronavirusa onlarla yoluxma qeydə alındı

1 Avqust 2020 10:20 (UTC+04:00)

Çində ötən 24 saatda 45 yeni yoluxma faktı aşkarlanıb. SİA-nın məlumatına görə “Reuters” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.

Bildirilib ki, yoluxmaların əksəriyyəti Sincan-Uyğur Muxtar Rayonunda qeydə alınıb – 31.

Məlumata görə, ötən sutka qeydə alınmış yoluxma halların sayı iyulun 30-u ilə müqayisədə, demək olar ki, 3 dəfə azdır. Belə ki, daha öncə ölkədə 127 nəfərdə COVID-19 aşkarlanıb.

Qeyd edək ki, Çində indiyədək 84 337 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 4 634 nəfər virusun qurbanı olub.