PSJ cari mövsüm 3-cü titulunu qazanıb

1 Avqust 2020 02:05 (UTC+04:00)

Futbol üzrə Fransa Liqa Kubokunun final qarşılaşması keçirilib.

SİA xəbər verir ki, həlledici oyunda PSJ ilə Lion “Olimpik”i üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ qələbə qazanan tərəf olub.

Koronavirus pandemiyasına Liqa 1-in qalibi elan olunmuş, Fransa kubokunu da qazanmış PSJ, bu mövsüm üçüncü tituluna yiyələnib. Bütövlükdə isə Paris təmsilçisi tarixində 9-cu dəfə Liqa Kubokunun qalibi olub.

Fransa Liqa Kuboku

Final

31 iyul

PSJ – Olimpik (Lion) 0:0 (penaltilər – 6:5)