Tramp ABŞ ərazisində “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətindədir

1 Avqust 2020 08:43 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu açıqlayıb.

SİA "nypost.com" saytına istinadən xəbər verir ki, bu barədə amerikalı lider Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

“Madam ki, “TikTok” mövzusuna toxunduq, biz onun işini ABŞ-da qadağan edirik”, - deyə Tramp qeyd edib.

Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini deyib.