İtaliya A seriyasında iyul ayının ən yaxşı oyunçusu müəyyənləşib

31 İyul 2020 23:22 (UTC+04:00)

İtaliya A seriyasında iyul ayının ən yaxşı oyunçusu müəyyənləşib.

SİA çempionatın saytına istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Paulo Dibala bu ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, argentinalı futbolçu iyulda 6 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.