Kanada hökuməti xarici vətəndaşların ölkəyə giriş qadağasını avqustun 31-dək uzadıb
1 Avqust 2020 06:21 (UTC+04:00)
Kanada hökuməti xarici vətəndaşların COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkəyə girişlərinə qoyulan qadağanı avqustun 31-dək uzadıb.
SİA xəbər verir ki, bu barədə ölkənin sərhəd xidməti xəbər verib.
Qadağa martın 16-da tətbiq edilib və iyulun 1-dək qüvvədə olub. Daha sonra 31 iyul tarixinə qədər uzadılıb. Tədbir ABŞ-dan Kanadaya və əks tərəfə gedən yük daşıyan nəqliyyat vasitələrinin sürücülərinə, həkimlərə və bir sıra digər vətəndaşlara şamil edilmir.