Finlandiyada kütləvi tədbirlərinin keçirilməsinə icazə verildi

1 Avqust 2020 08:12 (UTC+04:00)

Finlandiyada iş sahiblərinə koronavirus pandemiyası səbəbiylə təqdim olunan əməkdaşların məsafədən işləməsi barədə tövsiyə avqustun 1-dən ləğv edilib və 500-dən çox insanın iştirakı ilə tədbirlərə icazə verilib.

SİA xəbər verir ki, bu barədə fin hakimiyyətinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir: "500-dən çox insanın iştirakı ilə qapalı məkanda və ətrafındakı ərazilərdə kütləvi tədbirlərin və yığıncaqların koronavirusun yayılmasının qarşısını almaq üçün tövsiyələrə uyğun olaraq təşkil olunmaq şərti ilə keçirilməsinə icazə verilir. Məsafədən işləməklə bağlı tövsiyələr avqustun 1-dən olaraq qüvvədən düşür".

Bununla yanaşı hökümət vəziyyətin monitorinqini davam etdirəcək və lazım gəldikdə yeni tədbirlər barədə qərarlar qəbul edə bilər.

Finlandiyada ümumilikdə koronavirusa 7 432 yoluxma halı qeydə alınıb, xəstəlikdən 329 ölüm hadisəsi baş verib.