Tallinn Universiteti COVID-19 riski yüksək olan ölkələrin tələbələrini qəbul etməyəcək

31 İyul 2020 22:50 (UTC+04:00)

Estoniyanın Tallinn Universiteti COVID-19 virusuna yoluxma riski yüksək olan ölkələrin tələbələrini qəbul etməkdən imtina edib.

SİA ölkə mətbuatına istinadla xəbər verir ki, universitetin qəbul komitəsi Tallinn Texniki Universitetinin (TalTech) çıxardığı qərarın analojisini qəbul edib.

Bununla belə, Tallinn Universiteti qeyd edilən səbəblərə görə, Estoniyaya gələ bilməyən tələbələrə bir sıra ixtisaslar üzrə elektron təhsil imkanları təklif edir. Eyni zamanda, qəbul alan tələblərin gələn il tədrisə başlamağı mümkün olacaq.