Deputatlar niyə geri çağrıldı - SƏBƏB?

31 İyul 2020 19:25 (UTC+04:00)

Milli Məclisin deputatları məzuniyyətdən geri çağırılmasının səbəbi məlum olub. SİA xəbər verir ki, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırılmasına səbəb 2020-ci il dövlət büdcəsinə dəyişikliklə bağlı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna da dəyişikliklər ediləcək. Bu qanun layihələrinin komitədə müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdi.