“Büdcə sistemi haqqında” qanunun tətbiqi bu tarixədək DAYANDIRILIR

31 İyul 2020 19:42 (UTC+04:00)

“Büdcə sistemi haqqında” qanunun 11-1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır. SİA xəbər verir ki, bununla bağlı 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.

“Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə nəzər yetirək. Bildirilir ki, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.