Berlin şəhərində ticarət mərkəzinə hücum olub

31 İyul 2020 20:13 (UTC+04:00)
Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxslər ticarət mərkəzinə hücum ediblər. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Berlinin Xilasetmə Xidmətinin Twitter səhifəsində bildirilib. Qeyd olunub ki, hadisə soyğunçuluq məqsədi ilə törədilib, soyğunçular gözyaşardıcı qazdan istifadə ediblər.