#genclerinifasındaqarabagsevgisi çağırışı davam edir

30 İyul 2020 09:40 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin başlatdığı #genclerinifasındaqarabagsevgisi çağırışı davam edir. İdarədən SİA-ya bildirilib ki, çağırışın növbəti iştirakçısı gənc xanəndə Habil Məmmədovdur.

Habil Məmmədov 1988-ci ildə Ağdam rayonunun Hacıməmməd kəndində anadan olub. 2008-2011-ci illərdə Şuşa musiqi kollecində təhsil alıb. İlk orta musiqi məktəbində ustadı Aydın Məmmədov olub, xanəndə 2011-ci ildən musiqi məktəbində dərs deyir.

Gənc xanəndə çağırışa “Segah” muğamı ilə qoşulub.