Rəssamlar üçün “Xəzər dalğaları” adlı birinci Bakı Beynəlxalq Suluboya Festivalına start verilib. SİA-nın məlumatına görə, Xətai Sənət Mərkəzinin təşəbbüsü ilə reallaşan festivala qatılmaq istəyənlər işlərinin orijinallarını poçtla göndərərkən AZ1025, Azerbaijan, Baku, 62 Khojaly Ave. ünvanını qeyd etməlidirlər.
Eyni zamanda, iştirakçılar şəxsi fotolarını və işlərin şəkillərini [email protected] email ünvanına göndərə bilərlər. Fotolar 300 dpi, 3-4 Mb JPEG faylının rəqəmsal şəkil formatında olmalıdır.