“İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazası təqdim edilib

29 İyul 2020 14:52 (UTC+04:00)

Milli Kitabxana ümumbəşəri problem olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədilə “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib.

Kitabxanadan SİA-ya bildirilib ki, elektron məlumat bazasında təqdim olunan resurslar tam mətnləri ilə verilib. “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazası ilə http://anl.az/el/emb/Insan_alveri/index.htm linki vasitəsilə tanış olmaq olar.