Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) mütəmadi olaraq virtual rejimdə fəaliyyətini davam etdirir. İdarədən SİA-ya bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsi məlumat xarakteri daşıyan yeni videoçarxı virtual oxucular üçün təqdim edib. Videoçarx sual-cavab şəklində təşkil olunub.
Videoçarx 1991-ci ildə baş vermiş Qarakənd faciəsi, Kərkicahan işğalı və bu ərəfədə ermənilərin törətdikləri terrorlar haqqında olan informasiyanı insanlara çatdırmaq məqsədini daşıyır.
Videoçarxda suallar həm səsli, həm də yazılı formada təqdim olunub.
Suallar Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kiçikyaşlı oxucuları tərəfindən cavablandırılıb.
Videoçarxın sonunda Yasamal rayon MKS-nin əməkdaşı Gülnar Allahverdiyeva erməni terrorçuların törətdikləri amansız işgəncələri, səbəb olduqları ölümləri unutmamağı söyləyərək insanları mübarizəyə səsləyir.