Kitabxana #genclerinifasindaqarabagsevgisi adlı yeni çağırışa start verib

29 İyul 2020 11:36 (UTC+04:00)

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #genclerinifasindaqarabagsevgisi adlı yeni çağırışa start verib. Kitabxanadan SİA-ya bildirilib ki, bu çağırışın ilk ifaçısı Teymur Əzizdir. İfaçının ustadı Xalq artisti Gülyanaq Məmmədovadır.

Teymur Əzizin çağırışda ifa etdiyi musiqi sevilən müğənni Niyaməddin Musayevin "Vətən oğlu" mahnısı olub.