Yeni Təhsil naziri kollektivə təqdim olundu

28 İyul 2020 11:16 (UTC+04:00)

Yeni Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.

SİA-nın məlumatına görə, E.Əmrullayevin Prezident İlham Əliyev tərəfindən iyulun 27-də Təhsil naziri təyin edilib.

E.Əmrullayev 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.

O, daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.