Müqəddəs Sofiya məbədində ilk cümə namazı qılınacaq

24 İyul 2020 10:19 (UTC+04:00)

86 il sonra qapıları ibadət üçün açılan Müqəddəs Sofiya məbədində (Ayasofya) bu gün ilk Cümə namazı qılınacaq. SİA-nın məlumatına görə, bununla da məbədə ödənişli giriş ləğv ediləcək.

Bildirək ki, ötən gün məscidə imam və müəzzinlər təyin olunub.

Xatırladaq ki, Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofiya məbədini (Ayasofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib.