Rəhbərə alqış!

23 İyul 2020 13:37 (UTC+04:00)

Ölkəyə, vətənə, xalqına həyan
Prezident İlhamla Xanım Mehriban.
Karona virusdan xalqı qoruyur
Dünyada bu bəla eyləyir tüğyan.

"COVİD -19" - dur bəlanın adı
Sirli bir aləmdir onun ustadı.
Ağızlarda yaşmaq, əllərdə əlcək
Allahdan istəyək yalnız imdadı.

Şəhər, rayonlarda ciddidir rejim
Profilaktik tədbirlər görülür hər gün.
Prezident qərarı, təbiblər səyi
Xəstələr sağalır, azalır ölüm.

Xalqı, el-obanı sevən SƏRKƏRDƏ
Döyüşkən əsgərdir O, ön cəbhədə.
Əlindən silahı yerə qoymayır
Sayıqlıq göstərir hər bir bölgədə.

Prezident xalqına arxa dayaqdır
Gecə də, gündüz də daim oyaqdır.
Vətən xainlərin cəzalandırır
O, xalqın gözündə nurlu çiraqdır.

Hikməli kəlamlar bir yadigardır
"Azərbaycan xalqı dözümlü xalqdır",
Ulu Öndər Heydər belə söyləmiş
Dünya dövr etdikcə bu bizə yardır!.

İnsanlara hörmət, qayğı, ehtiram
Daima göstərir Prezident İlham.
Vitse-prezident də Mehriban xanım
Qürurla doğruldur xalqın inamın!.


Ofelya Mürsəl qızı Mürsəlova
ADPU-nun sabiq pedaqoqu