Balakən rayonunun Hənifə kəndində ölümlə nəticələnən hadisə baş verib.
SİA xəbər verir ki, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Nurəddin oğlu Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektik cərəyanı vurub.
Ağır elektroşok travması alan T.Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.