Tezliklə, daha doğrusu avqust ayının 8-də, 53 yaşım tamam olur. Deməli, ömrümün 53 baharını, qışını, boranlı günlərini yaşayıram. Deməli, ömrümün gənclik, şaqraq illəri arxada qaldı. Bu gün həyatımın 53 illik tarixini vərəqlədikcə, ürəyimdə, daxilimdə, beynimdə elə bir hisslər yaşayıram ki… Açığı onların hamısını yazıya köçürməyə, gələcək insanlara ərmağan eləməyə çətinlik çəkirəm… Çox çətinlik çəkirəm…
Amma daxilimdə, beynimdə bir şeyi qətiyyətlə bilirəm və dərk eləyirəm ki, mən həyatda yalnız özümə inanmalı, öz gücümə arxalanmalı, gələcəyimi daha parlaq, daha dolğun eləmək isə yalnız öz əlimdədi. Gələcək həyatımı daha mənalı eləmək, Ulu Tanrının mənə verdiyi gücdən, ağıldan və zəhmətdən asılı olacaq. Elə bu sətirləri yazanda birdən ürəyindən bu sözlər keçdi: “Bundan sonra da çətinliyə sinə gərərək, daha sərbəst olmaq, ailədə olan hörməti doğrultmaq, gələcəyimin simvolları olan övladlrımın qayğısını indi olduğundan da çox hiss eləmək, onların gələcək taleyinin daha parlaq olması üçün daha əzmlə çalışmaq və bunu özümə borc bilmək” kimi həsslər dərindən titrətdi ürəyimi. Daxilən elə bir hisslər keçirtdim ki, bunları reallaşdırmaq üçün elə bil yenidən doğuldum. Həyata, yaşamağa baxışım, sevgim daha da artdı. Arzularım, yaşamaq, yaratmaq istəklərim bir insan kimi həm də cəmiyyətdə gərəkli olmaq və öz yerimi tutmaq kimi hisslər bir qırmızı xətt kimi keçdi ürəyimdən. Başa düşdüm ki, artıq ömrümün böyük bir hissəsini geridə qoymuşam. Artıq bu reallıqdır. Bu reallıqla da barışmaq lazımdır. Bu elə bir reallıqdır ki, bizi həyatda həm mübariz edir və həm də yaşamaqüçün imanla mübarizəyə səsləyir. Ulularımız deyir ki, “ arzuları, inamları böyük olanlar bu həyatda əzmkasrlıqla, mübariz olmaqla qalib gəlir və öz arzularını, istəklərini reallaşdıra bilirlər”. Yaradıcı insanlar isə daha çox inamlı, istəkli, mübariz olmalıdır ki, böyük arzularına çata bilsinlər.
Belə deyirlər ki, şairlər, yazıçılar, rejissorlar, aktyorlar, rəssamlar və ümumiyyətlə yaradıcı insanlar, bir qədər real həyatdan yüksəkdə dayanırlar. Onlara göy adamları deyirlər. Daha doğrusu onlar yerlə göy arasında bir varlıqdırlar. Çünki onlar çox vaxt öz təxəyyülləri, arzulrı ilə yaşayırlar. Bəlkə də bu doğrudr. Axı yaradıcı insanlar, belə simalar qeyri-adi hisslərə malik olmasalar, real həyatdan bir qədər yüksəkdə dayanmasalar, yaşamasalar, onların öz dünyası olmasa, yaradıcı ola bilməzlər. Belə insanlar çox güclü inama, qüvvəyə malik olurlar. Onlar öz daxili güclərinin, inamlarının, fantaziyalarının, təxəyyüllərinin məhsullarını insanlarla bölüşürlər. Özlərinin böyük istedadlarını öz yaradıcılığı ilə üzə çıxarırlar. Onlar bəzən elə böyük gücə, ağıla malik olurlar ki, milyonlarla, milyardlarla adamları öz ardları, yaratdıqları cığırla apar bilirlər. Onların çox böyük yaradıcılığından milyonlarla, milyardlarla insanlar lazım olan səviyyədə bəhrələnirlər. Axı elə sözlər var ki, qılıncdan, topdan da kəsərli olur. Həmin qılıncdan, topdan kəsərli, qızıldan qiymətli sözləri, cümlələri məhz böyük fitri istedadlı yaradıcı insanlar yaradırlar. Bu yaradıcıların təxəyyülünün məhsulu olan əsərləri, insanlara həyatda yaxşı, mənalı yaşamağın yollarını göstərir və onların həyat yoluna işıq salırlar. Məgər söz, ədəbiyyat sənətinin dahilər – Homer, Esxil, Sofokıl, Evripid, Sokrat, Aristotel, Ulyam Şekspir, Jan Batist Molyer, Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aleksandr Puşkin, Lev Tolstoy, Fyodor Dostayevski, Anton Pavloviç Çexov, Tyodor Drayzer, Viktor Hüqo, Cek London, Jül Vern, Mirzə Ələkbər Sabir, Gəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbbürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Nazim Hikmət, Redyart Kiplinq, Çingiz Aytmatov, Rəşad Nuri Güntəkin, Gi Di Mapassan, Ernest Hemenquey, Alber Kamyu, Robindranat Taqor, Səməd Vurğun, Qabriel Qarsio Markes və yüzlərcə belə dərin düşüncəli yazarlar insanların həyatında böyük rol oynamayıblarmı? Mən bir yaradıcı insan olaraq bunları deməyi özümə borc bilirəm ki, bax belə dahilər Böyük Tanrının yerdə müqəddəs elçiləridirlər. Böyük Yaradanın arzularını, istəklərini insanlara məhz belə dərin, fəlsəfi düşüncəli yaradıcılar çatdırırlar.
İnsanları Böyük Yaradan xəlq edəndə, hər birinin daxilinə öz gücünə, ağlına uyğun da güc, qüvvət, ağıl, istedad verir. Bu ağıl, güc, qüvvət və istedaları ilə də insanlar bir-birindən seçilirlər. Ona görə də iradəli, ağıllı, güclü, mübariz , böyük səbrə malik olan insanlar da həyatda qalib olurlar. Onlar öz qürürları, alicənablıqları ilə öz sözlərini deməyi, öz əməllərini doğrultmağı bacarırlar. Həyat və Böyük Yaradan da məhz çox vaxt güclüləri, məğrurları, mübarizləri sevir. Axı onlar milyonlarla insanları öz ardlarınca aparmağı bacarırlar.
Mən, yazımın bu böyük müqəddiməsindən sonra məhz belə bir ağıllı, istedadlı, güclü, yüksək təfəkkürə malik, mübariz bir yaradıcı insanı, sizə təqdim etmək istəyirəm. Çünki onun son vaxtlar çap olunan “Vicdan mühakiməsi”, Bir alim ömrünün səlnaəsi”, “İmam Şamil”, “Mümkün olanı mümkün eləyən rəhbər”, “General Xudu Borçalı”, “Şah İsmayıl” kitablarını oxuyandan, quruluş verdiyi son tamaşalara baxandan və özü ilə yaxından tanış olandan sonra bu qənaətə gəldim. Bu kitablar onun hələ ki, son kitabları düyil. Hələ çap olunası 10 kitabı da hazırdır, amma maliyyə imkanı olmadığından çap eləyə bilmir. Əfsus ki, mən əvvəl çap olunan kitablarını oxumamışam. Amma elə bu kitablar da və onun 2012-ci ildə Qusar şəhərində yerləşən Azərbayan Dövlət Ləzgi Dram Teatrında quruluş verdiyi Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs qurdurbasan” tamaşasının məşq prosesinə baxanda, aktyorlarla elədiyi söhbətlərdən bu insanın yazıçı və rejissor kimi yaradıcılığı, şəxsiyyəti haqqında söz demək qənaətinə gəlmişdim. Allah imkan verdi ki, bu söhbəti məhz onun 70 illik yubileyi vaxtlarında deməyi özümə bir borc bildim.
Bu insan, Əməkdar incəsənət xadimi, yazıçı, dramatur, rejissor, aktyor, jurnalist, publisist Ağalar İdrisoğludur. Mən onun son kitablarını oxuyandan sonra gördüm ki, onun qələmindən çıxan hər bir hekayənin, pyesin, povestin, publisist yazının, məqalənin çox dəyərli qiyməti var. Rejissor kimi hazırladığı tamaşalarda da heç bir rejissora bənzəməyən və yalnız onun özünə məxsus dəsti-xətti olduğunu da aydın görmək olur. Onun son illərdə quruluş verdiyi Vaqif Əlixanlının “Əcəl atı”, Feruz Mustafanın “Pələng ili”, Panço Pançevin “Dörd əkizin nağılı”, Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs quldurbasan”, Ağalar İdrisoğlunun “Qibləgahımız Xocalı”, Xanımana Əlibəylinin “Aycan”, Qənbər Şəmşiroğlunun ( səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin etirafı”, Redyard Kiplinqin “Mauqli” ( səhnələşdirənlər Nicat Kazımov, Ağalar İdrisoğlu) tamaşaları heç biri, bir-birinə bənzəməyən və tamaşaçıların həvəslə baxdığı maraqlı səhnə əsərləridir. Böyük Yaradan bu nurlu simalı insanı çox güclü ağıla, zehnə, böyük təxəyyülə malik yaradıb. Onun son kitablarında bədii əsərlərində, qələmindən çıxan hər bir cümldə, hər bir epizodda bir nəsihət, ağıl, düşüncə, mərd insana dərin sevgi, namərdlərə böyük nifrət, gücsüz insanlara mərhəmət və dünyaya dərin baxış əsas yer alıb. Eləcə də quruluş verdiyi tamaşalarda özünün çox maraqlı, orjinal mizanları, yaxşı aktyor oyunu ilə tamaşaçıda böyük maraq yaratmaqla, insanı özünün möhkəm aurasına ala bilir. Qusar Teatrında Ağalar İdrisoğlu Mirzə Fətəli Axundzadənin heç vaxt tamaşaya qoyulmayan “ Hekayəti xırs quldurbasan” pyesinin ilk variantına quruluş verməklə də böyük xeyirxah iş gördü. Dahi dramaturqun pyesinin rejissorlar tərəfindən yaddan çıxan bu variantına səhnə həyatı verdi. Bu insanın dünya görüşü, səbri, həyata baxışı, istedadı, mərhəməti, mərdliyi, hər insana təmənnasız kömək etməsi, xeyirxahlığı və həyat tərzi də ətrafında olanlar üçün bir örnəkdir. O, özünün təxəyyülü, təşkilatçılığı, ağlı, istedadı, həyatsevərliyi və qətiyyətli mübarizliyi ilə insanları çox asanlıqla öz ardınca apara bilir. Belə xarakterdə yalnız güclü, döyüşkən insanlar ola bilir.
Yuxarıda adlarını sadaladığım və sadalamadığım dahiləri yaradan Böyük Tanrı, məhz yazıçı, daramaturq, rejissor, aktyor, jurnalist, publisist Ağalar İdrisoğlunu da özünün böyük sevgisi və istəyi ilə yaradıb. Əgər belə olmasaydı, onda onun son kitablarını oxuyanları belə böyük riqqətə gətirməzdi. Çünki bu kitablar çox insanların stolüstü kitablarıdır. Və onları dönə-dönə oxuyub, burada çap olunan əsərlərdən bəhrələnirlər. Çünki müəllif heç kimdən çəkinmədən, qorxmadan əsərlərində günümüzün neqativ hallarını, başımıza gətərilən bu müsibətləri, insanların alçaldılmasını və bizim deyə bilmədiyimiz fikirləri, özünün ürək sözlərini bədii formada deməkdən qorxmur, çəkinmir, hər şeyi cəsur və mərdi-mərdanə yazır. Bu kitablar insanlara doğru yol göstərir və onları öz əqidələri, ideyaları yolunda mübarizliyə səsləyir. Eləcə son bir-iki ayda qəzetlərdə, saytlarda çap olunan 10-dan çox son hekayəsini, 20-dən çox publisist yazılarını gərək oxuyasan və Əməkdar inəsənət xadimi Ağalar İdrisoğlu yaradıcılığını başa düşərək dərk eləyəsən. Mən, qətiyyətlə və səmimiyyətlə deyə bilərəm ki, o, dərya qədər dərin, dağlar qədər uca hisslərə, ağıla malik olan yaradıcı insanlardan biridir. O, həqiqətən də əsl ziyalı kimi millətin görən gözü, düşünən beyni və danışan dilidir.
Amma çox əfsus ki, 50 ildən çox yaradıcılıq yolunda nasir, dramaturq, rejissor, jurnalist, publisist kimi böyük işlər görməsinə - 140 tamaşaya quruluş verməsinə, 40-dan çox rollar oynamasına, 150- dən çox hekayə, 6 roman, 8 povest,15 pyes, 20-dən çox kütləvi tamaşalar üçün ssenari, 1000- dən çox məqalə, publsisit yazı yazmasına baxmayaraq, hələ də özünün layiqli qiymətini ala bilməyən, ehtiyac içərisində yaşayan sənətkarlarımızdan biridir Ağalar İdrisoğlu. Təsəvvür edin ki, bu böyük yaradıcı insan 10 nəfər ailə üzvü ilə qızı Dünyaxanımın evində yaşayır. Hətta bu haqda ölkə başçısı cənab İlham Əliyevə, Mədəniyyət Nazirliyinə dəfələrlə məktubla müraciət eləyib, ona ev veriləsini xahiş eləsə də bu günə qədər onun bu problemi həll olunmayıb. Yəqin ki, çoxminli oxucular buna inanmayacaq, amma bu, bir həqiqətdir. Görəsən bəzi məmurlar, ona qarşı aparılan bu haqsızlıqdan, düşmənçilikdən hələ də yorulmurlarmı? Əgər xalq onu sevirsə, onun əsərlərini sevə-sevə oxuyursa, quruluş verdiyi tamaşalara maraqla baxırsa, bu istəyin, sevginin qarşısını belə namərd adamlar heç vaxt ala bitlməyəcəklər. O, həyatını sənətə, yaradıcılığa qurban verən müasir dövrümüzün istedalı insanlarından biridir desəm yanılmaram. Bu 50 ildən çox yaradıcılıqla məşğul olduğu müddətində baxmayaraq ki, qarşısında çoxlu maneələr olub, ona qarşı çox haqsızlıqlar ediblər, amma bütün bunlara baxmayaraq Ağalar İdrisoğlu heç nəyə məhəl qoymayaraq, məhsuldar işləyib. Çünki 140-dan çox
tamaşaya quruluş verməsi, 40-dan çox rol oynaması, 150-dən çox hekayə, 8 povest, 6 roman, 15 pyes, 20 ssenari və 1000-dən artıq publisist yazının, məqalənin, oçerkin müəllifi olması dediklərimə bir daha sübutdur. Bütün bu qədər işləri görməklə həm də 26 il Azərbaycanın teatrlarına rəhbərlik eləməsi, Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, Sumqayıt şöbəsinin sədri oması, əsl təşkilatçı insan olmasına dəlalət eləyir.
Doğrudur yaşadıqları real cəmiyyətdə onları əhatə edən adamlardan çox qabağa getdiklərindən, onları başa düşənlərin az olmasından istedadlı insanların çoxu ölümündən sonra daha çox sevilir və öz yerlərini tapırlar. Əlbəttə, bu böyük faciədir və insanlığa bir ləkədir. Çünki hər bir istedadlı insan özünün yaşadığı vaxt və zaman çərçivəsində layiqli qiymətini almalıdır. Belə olanda o, bir az da çox ruhlanıb, daha böyük işlər görə bilər. Daha maraqlı əsərlər yaza bilər. Pyeslərə orijinal quruluşlar verə bilər. Amma Ağalar İdrisoğluna olan haqsıszlıqların nəticəsində o, hələ də 10 nəfər ailə üzvlərilə qızının 2 otaqlı mənzildə yaşayır. Hələ də ona Prezident təqaüdü verilməyib. Hələ də Mədəniyyət Nazirliyi tərəfindən Xalq artisti fəxri adına təqdim olunmayıb. Hətta inanılması çox çətin bir məsələdir ki, uzun illər Mədəniyyət Nazirliyi incəsənət işçilərinə Prezident mükafatı verəndə, onu yaddan çıxarıb. Çünki Ağalar İdrisoğlu onların “bığının” altındam keşməyib və onlara məddahlıq eləməyib… Onlar da bunun müqabilində onu Prezident mükafatına göndərməyiblər…
Ondan “hayıflarını” belə alıblar… Görəsən onlar buna görə bir vicdan əzabı çəkirlərmi?..
Mən bu gün özümü xoşbəxt bir yaradıcı insan hesab edirəm ona görə ki, Ağalar İdrisoğlunu tanıyaram. Onunla tanış olmuşam və eyni dövrdə yaşayıram. Onun son kitabları məni daha böyük həvəslə yaradıcılıqla məşğul olmağa ruhlandırır və həvəsləndirir. Ona dərin təşəkkürümü bildirirəm ki, nə yaxşı o, səkkiz il bundan qabaq Qusara gəldi və buradakı Azərbaycan Dövlət Ləzgi Dram Teatrında Mirzə Fətəli Axundzadənin “ Hekayəti xırs qurdurbasan” tamaşasına orijinal quruluş verdi və mən də həmin tamaşada Sona rolunu məşq elədim və oynadım. Bu insandan özümün gələcək yaradıcılığımla bağlı çoxlu məsləhətlər aldım. Bu gün də hansı bir işdə çətinliyim olanda ona zəng vurub, məsləhətlər alıram. Ağalar müəllim də özünün müdrik düşüncəsi, yüksək səbri ilə mənə çox ağıllı məsləhətlər verir. Ən çətin məqamda isə nə lazımsa köməklik eləyir.
Artıq ömürün 70-ci pilləsini yaşayan əziz Ağalar İdrisoğlu!
Qoy sizin yaradıcılığınız bundan sonra daha da zəngin və mənalı olsun. O vaxtlar, yəni səkkiz il bundan qabaq, mən ömrümün qırx beşinci ilində sizin yaradıcılığınızla tanış olanda və quruluş verdiyiniz tamaşada oynayanda, sizdən teatr sənətinin və ədəbiyyatın sirrlərini daha mükəmməl öyrənəndə, həmin vaxtlar mənim həyatımın böyük mənası oldu. Siz vaxtınızın az olmasına baxmayaraq, mənim yazdığım bədii əsərləri səbrlə oxuyub, çoxlu məsləhətlər, təkliflər verdiniz. Sizin bu məsləhətlərinizdən, təkliflərinizdən ruhlanaraq mən, həmin bədii əsərlərimi bir daha yenidən işləyərək çap etdirdim və oxucular tərəfindən maraqla qarşılandı. Sizin kimi sənətkarın qarşısında baş əyirəm və deyirəm: “Nə yaxşı ki, həyatda sizin kimi böyük yaradıcı, saf fikirli, insanlara böyük istəyi olan və təmənnasız kömək etmək üçün əlini uzadan, bacardığı qədər köməklik edən bir şəxsiyyət var. Sizin kimi belə insanlar olmasaydı, yəqin ki, həyat mənasız və puç olardı. Axı alicənab insanlar, heç
nəyə fikir vermədən ucalığa can atırlar”. Ulu Peyğəmbərimiz Məhəmməd əleyhisalam deyir ki, “məhəbbət, sevgi Allaha doğru yolun ifadəsidir. İnsanları özünü sevdiyin kimi sev”. Siz də insanlara belə təmənnasız məhəbbət, sevgi bəsləməklə Allaha doğru bir müqəddəs yol gedirsiz. Dahi dramatruq Sokrat isə deyir ki, “ xeyirxahlıq xoşbəxtlikdir”. Deməli, siz də insanlara təmənnasız xeyirxahlıq etməklə, onların hər işinə yaramaqla uzun illərdir ki, xoşbəxtlik dövrünüzü yaşayırsız. Bu müqəddəs dövrünüz və uğurlu yolunuz mübarək olsun. İnanıram ki, zamanından, dövranından, düşdüyünüz vəziyyətin çətinliyindən asılı olmayaraq, siz daxilinizdə olan paklığa görə, həmişə bu müqəddəsliyi qoruyub saxlayacaqsız. Qoy Böyük Yaradan sizə həmişə yar olsun. Sizə mane olanlara, sizin qarşınızı almaq istəyənlərə, sizə şərait yaratmaq istəməyənlərə də Allah insaf versin. Qoy onlar fikirləşsinlər ki, axı ömürünü yalnız yaxşılığa, xeyirxah əməllərə sərf eləyən, həyatı boyu pislik eləməyən bu insana qarşı biz niyə belə çirkin hərəkət eləyirik?.. Axı onlar bunu da bilməlidirlər ki, bəd əməlli adamlar həmişə nifrətlə qarşılanıb… Böyük Tanrı da pis əməlli adamları gec-tez cəzalandırır. Biz elə
Mədəniyyət Nazirliyində son vaxtlar baş verən hadisələrdən də bunu gördük… Axı onlar, natəmiz yollarla pul qazanmaqla çoxlu insanlara pislik eləmişdilər… Atalar da deyib ki, “hər şeyin zamana ehtiyacı var”…
Məhbubə NİYAZQIZI
Yazıçı-publisist
Qusar şəhəri