“Azərbaycanın tarixi – Qarabağ” adlı virtual sərgi və videoçarx təqdim edilib

21 İyul 2020 17:04 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı "Azərbaycanın tarixi - Qarabağ" adlı virtual sərgi və videoçarx hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, Qarabağın tarixi haqqında məlumatın öz əksini tapdığı videoçarx kitabxananın “Instagram” hesabında izləyicilərə təqdim edilib.

Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsində yerləşir. Hazırda Qarabağın dağlıq ərazisinin böyük bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.