DSX rəisi Elçin Quliyev dünya çempionuna rütbə verdi

21 İyul 2020 13:06 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev kikboks üzrə Dünya və Avropa çempionu Fuad Zeynalovun rütbəsini artırıb. SİA-nın verdiyi məlumata görə, F.Zeynalov bu barədə açıqlama verib: "Elçin Quliyevin təyinatı ilə verilən rütbəni mənə Sərhədçi İdman Olimpiya mərkəzinin rəisi təqdim etdi. 12 ildir Dövlət Sərhəd Xidmətinin zabitiyəm. Sərhədçi İdman Olimpiya mərkəzində çalışıram".

Kikboks üzrə Dünya və Avropa çempionu Fuad Zeynalov həmçinin özünün “facebook” səhifəsində paylaşım edərək ürək sözlərini belə ifadə edib: “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin etimadı nəticəsində, mayor rütbəsi və polkovnik leytenant vəzifəsinə təyin edildiyim üçün çox xoşbəxtəm. Sizə dərin minnətdarlığımı və sonsuz hörmətimi ifadə edirəm. Fəaliyyətim dövründə etimadınızı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Vətənimin yolunda canımdan da keçməyə hazır olan vətəndaş Hər şey Vətən üçün!!! Azərbaycan Respublikasına xidmət edirəm!!!

Qeyd edək ki, Fuad Zeynalov əməkdar idman ustası və əməkdar məşqçidir.