Qeybətxanada söyülməyən müxalifətçi qalmadı
Qeybətxana və əcinələr yuvası olan “Milli Şura”nın şou serialları hələ də davam edir. Bu dəfə müxalifətdə söyülməyən adam qalmadı, söyüşün biri isə bir qəpik! Təqdim olunan növbəti seriyasında Əli Kərimlinin blokada şousunu özləri növbəti dəfə ifşa etdilər. Təqdim olunan videoda şura üzvü Vidadi Mirkamal deyir: “Əli bəyi qoşum mən?”, AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli isə: “Yox, qoşma, qoşma” deyir.
Görüntülərdən aydın olur ki, budəfəki qurbanlar Turan İnformasiya Agentliyinin rəhbəri, jurnalist Mehman Əliyev və “REAL” partiyasının üzvü Natiq Cəfərlidir. Qənimət Zahidov deyir: “Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır”. Vidadi Mirkamal isə: “Mehman Əliyev mövqesiz adamdır”. Bu arada AXCP-nin “primadonnası” Gültəkin Hacıbəyli “meydana girir”: “Mehman Əliyev söhbətində Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki”. Hələ ki...
G.Hacıbəyli daha sonra deyir: “Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır”.
Ardınca Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahidov da “Şərəfsiz və tərbiyəsiz adamdırlar” deyə, təsdiq edirlər.
Göründüyü kimi, artıq izaha ehtiyac yoxdur. Özləri bir daha açıq-aydın bildirirlər ki, “Milli Şura” tərbiyəsizlər, əxlaqsızlar, cinayətkarlar yuvasıdır, ən əsası isə, “tryapkadırlar”.
Cümşüd Nuriyev: “Milli Şura"dakılar xalqı təhqir etməklə xalqın, dövlətin deyil, öz şəxsi maraqlarını hər şeydən üstün tutduqlarını bir daha ortaya qoydu”
Politoloq Cümşüd Nuriyevin fikrincə, “Milli Şura” üzvlərinin Azərbaycan xalqına münasibətdə sərgilədiyi bu çirkin mövqe həmin qüvvələrin antixalq mövqeyində durdurlarının əyani təsdiqidir: “Milli Şura”nın Koordinasiya Mərkəzindəki son video-müzakirələr onu göstərdi ki, bu qurum sözdə demokratiyadan dəm vursa da, reallıqda demokratik dəyərlərə hörmətlə yanaşmır: “Videogörüntülər göstərdi ki, “Milli Şura” adlanan qurum sadəcə olaraq öz cərgəsində olmayanlara böhtan atmaqla məşğuldur.
Proses təsdiqlədi ki, “MŞ” siyasi mübarizədən daha çox siyasi intriqalara üstünlük verir. Baxın, şuranın üzvü Gültəkin Hacıbəyli İsmayıl adlı birisinin cinsi oriyentasiyasını ortaya ataraq mühüm məsələ kimi qabardıb. Deməli, bu qurumu siyasi mübarizə yox, LGBT xarakterli insanlarla çəkişmələr daha çox maraqlandırır. Belədə cinsi azlıqları lağa qoymaq, insan ləyaqətini aşağılayan fikirlər səsləndirmək və Hitlerin onları qırıb qurtarmamasına təəssüflənməklə qurum üzvləri neonasizmi təbliğ ediblər. Hətta vəziyyət o həddə çatıb ki, “MŞ” alimləri təhqir etməkdən belə çəkinmir. “MŞ”-da baş verə bu acınacaqlı durum orada yeni-yeni istefalara gətirib çıxarıb. Belə ki, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin ardınca, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı da buradan istefa verdi”.
Politoloq “Milli Şura”nın son video-müzakirələrində Azərbaycan xalqının bu qurum tərəfindən aşağılanması da əksini tapdı: “Gültəkin Hacıbəyli və Vidadi Mirkamalın mövqeyində bu, özünü daha aydın göstərdi. Onların buna nə haqqı var. Bu çirkin mövqe həmin qüvvələrin antixalq mövqeyində durdurlarının əyani təsdiqidir. “Milli Şura” üzvlərinin bu eybəcər hərəkəti əslində, aqoniyadan doğan bir haldır. Qurum üzvləri çox çalışdı ki, xalqı təxribata yönəltsin. Bu alınmadığından indi də keçiblər təhqirə. Xalqı təhqir nədir, heç tənqid etməyə onların nəinki ixtiyarı, mənəvi haqları belə yoxdur. 1992-ci ildə hakimiyyətə yiyələnmək üçün bir sıra torpaqlarımızı verdilər. 1992-ci ildə hakimiyyətə gəlməklə onlar Azərbaycanı növbəti bəlalara sürüklədilər, Kəlbəcəri verdilər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ona qarşı mübarizədə də həmin çirkin metoddan istifadə edərək bu qüvvələr 6 rayonu təhvil verdilər. İnsanda gərək abır-həya olsun. Milləti təhqir etmək deyil, ona hörmət etmək lazımdır. “Milli Şura”da toplananlarda isə bu keyfiyyətlər yoxdur. Onlar yalnız bir məqsədə qulluq edirlər, bu əməl də millətə pislik etməkdən ibarətdir. Belə də sözügedən qüvvələr təəssüf ki, indi də həmin çirkin siyasətlərini davam etdirirlər. Bu azmış kimi, indi də milləti təhqir etməyə başlayıblar. Onlar bir dəstə üzdəniraqların ümidinə qalıblar. Bu üzdəniraqlar halbuki onları təbliğ edənlər idi. Yeganə ümid yerləri onlar idi. İndi isə “MŞ”-da oturanlar onları da söyməyə başladılar ki, guya bu yolla cəmiyyətdə hörmət qazanacaqdılar. Amma proses göstərdi ki, belə hərəkətlərilə “Milli Şura” üzvləri olan-qalan nüfuzlarını da itirdilər. Onsuz da bu dar düşüncəli şəxslərin həmin hərəkətə gedəcəkləri gözlənilirdi. Hadisələrin gedişi də göstərdi ki, bu məsələdə haqlıyıq".
C.Nuriyev onu da bildirib ki, bu qüvvələr xaricdən qrant alır və ona görə də xarici ölkələrdəki Azərbaycanı sevməyən qüvvələrin çaldığına oynayırlar: "Radikal müxalifətin biznesi də xarici mühacir alveri üzərində qurulub. Çöküş olanda bu qüvvələr həmişə aqoniyada olur. “Milli Şura” da artıq aqoniyadadır. Kim onlar barəsində bir söz deyir, dərhal trollarını ortaya atıb, söyüş, əxlaqsızlıq, tərbiyyəsizlik, mədəniyyətsizliyi yayırlar. Bütün bu çirkin keyfiyyətlər “Milli Şura”da toplanıb”.
Elşən Musayev: “Məclis sanki Gültəkini güldürmək, onu əyləndirmək, adamın dilindən bir söz alıb ortaya yeni qafiyə çıxarmaq üçün düzənlənib”
Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev də “Milli Şura”nın öndə gedənlərinin iştirakı ilə keçirilən "zoom konfrans”ında baş verənləri tənqid edib. Bildirib ki, videokonfransda iştirak edən nanəciblər öz davranışları və danışıqları ilə iyrənc bir mənzərə ortaya qoyublar: "Məclis sanki Gültəkini güldürmək, onu əyləndirmək, adamın dilindən bir söz alıb ortaya yeni qafiyə çıxarmaq üçün düzənlənib. Dövləti idarə etmək istəyənlər söyüşlə dialoq qururlar, bir-birinə guya ərk edərək "yaramaz” deyirlər, inəklə buğanın fərqindən danışırlar. Budur onların səviyyəsi. Yazı boyunca çox düşündüm ki, bu tərbiyəsizlərin cavabını necə verim. Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: "Tryapka” - səni bu qoca yaşında bığ çıxarmağa məcbur edəndir”.
Göründüyü kimi, düz söz üçün məsafənin uzaq və yaxın olması önəmli deyil. Əsas odur ki, düz sözü deyə biləsən. Hələki müxalif düşərgədə haqq sözü deyən və təbii ki, eşidən də yoxdur. Çünki onların düz söz demək niyyətləri də yoxdur, sadəcə olaraq, insanları qarşıdurmaya, təxribata, Vətənə xəyanətə çağırırlar.
Xəyanətkar xəyanətkarın yanında
Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar. Bu o müxalifətdir ki, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusdur ki, bunun qarşısını almaq sadəcə mümkün deyil. Necə ki, bu gün AXCP sədri Əli Kərimli və «Milli Şura» sədri Cəmil Həsənli bu gün bir-birilərinə "tərif" deyir, az keçməmiş başlayırlar quyu qazmağa. Bu da təəccüb doğurmur, çünki xəyanətkar xəyanətkarın yanında olar. Çünki, sənin kimi Əli Kərimli də xəyanət, qisaslar, intriqalar
toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsalar da, həmişə sözləri əməllərinə zidd olub.
Bu gün sosial şəbəkələrdə qoca “prfessor” deyir ki, hökümət hesabat versin. İlk öncə tərbbiyəsizlər, əclaqsızlar yuvasının “Milli Şura” deyilən bir çamur özünü nə hesab edir?
“Beşinci kolon”la bu işi bitirməliyik”
Ancaq ölkə Prezidenti xalqa hesabat verərək sizin iç üzünüzü aydın şəkildə demək istərdik. İyulun 15-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçımız konkret tapşırıq verdi ki, “beşinci kolon”la bu işi bitirməliyik.
Prezident Əliyev Azərbaycanın ərazilərinin ermənilərin nəzarətinə keçməsini Azərbaycan Xalq Cəbhəsinin 1990-cı illərdəki fəaliyyəti ilə əlaqələndirib: “Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər”.
Prezident bu il iyulun 14-də Azərbaycan Ordusunu dəstəkləyən aksiya zamanı bir qrup insanın Milli Məclisin binasına daxil olmasında da AXCP-nin əli olduğunu deyərək bildirmişdi ki, bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar: “Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır”.
Dövlət başçısı bir daha vurğulayıb ki, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil edirlər: “Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır”.
Dövlət başçısı «Milli Şura»nı da ittiham edərək bildirib ki, onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib: «Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur».
Ağasif Şakiroğludan “Milli Şura” və “AXCP”-ə: “Siyasi fəaliyyətini söyüş, təhqir və şantaj üzərində qurmuş bu tryapkalar…”
“Gələcək Azərbaycan Partiyasının” sədri Ağasif Şakiroğlu sosial hesabından “Milli Şura” və “AXCP”ni sərt tənqid edərək bildirib ki, Əli Karimli, Cəmil Həsənli və ətrafında toplanmış bir qrup marginal küçə uşaqları yənə də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər: “Total olaraq öz aləmlərində ənənəvi ağır təhqir və söyüş ritorikası ilə üzərimə “hücum” çəkərək mənim haqq bildiyim, doğru bildiyim düşüncələrimi ictimailəşdirməmdən qorxuya düşüblər. Amma unudurlar! Unudurlar ki, bu əxlaqsızlıqla çox uzağa gedə bilməzlər və bilməyəcəklərdə”.
Bəli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər bilməlidirlər ki, gec-tez respublikamıza qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir və gedəcək də!. Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.
Rəfiqə HÜSEYNOVA