“Şuşadan xatirələr” adlı videoçarx və virtual sərgi hazırlanıb

21 İyul 2020 11:35 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın gözəl diyarı olan Şuşa haqqında “Şuşadan xatirələr” adlı videoçarx və virtual sərgi hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videomateriallar kitabxanaların sosial media hesablarında paylaşılıb.

Şuşa - Qarabağın alınmaz qalası, poeziya və musiqi, elm və incəsənət mərkəzidir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırıblar.