"Ətiniz tökülsün, müharibə "veteranları" "

21 İyul 2020 10:41 (UTC+04:00)

Müğənni Səidə Sultan şou-biznes nümayəndələrinin bəzisini tənqid edib. SİA-nın məlumatına görə, sənətçi vətənpərvərlik mövzusunda mahnılar oxuyub, hərbi geyimdə fotolar çəkdirənlərin ünvanına sərt sözlər yazıb: "Bilirsiz ətim nəyə tökülür? Dırnaqarası vətənpərvər müğənnilərə: Biri hərbi paltar geynir, biri əlinə silah alır, biri tez fürsətdən istifadə edib Vətənə aid mahnıları oxuyur... Elə bilirsiz sizi qıraqdan görmürlər? Ondansa qorxaq, yaltaq olmayın. Allah bir daha ətinizi töksün, müharibə "veteranları".