Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olundu

17 İyul 2020 14:35 (UTC+04:00)

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

SİA-nın məlumatına görə, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.