Nazirlik Ermənistanın Mingəçevir Su Anbarını vuracaqları iddiasına cavab verdi

16 İyul 2020 15:57 (UTC+04:00)

Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. SİA xəbər verir ki, Nazirlikdən verilən məlumata əsasən, Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir.

Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər.