Elmar Məmmədyarov artıq xarici işlər naziri deyil - SƏRƏNCAM

16 İyul 2020 15:13 (UTC+04:00)

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib. SİA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.