"Düşmən ərazisində ölən və yaralanan hərbi qulluqçumuz yoxdur" MN cavab verdi

16 İyul 2020 14:20 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin "ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə" dediklərinə cavab verilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata əsasən bildirilir ki, Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.

"Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin"- deyə, qeyd edilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Ermənistan tərəfinin döyüş bölgəsində ölən və yaralıların cəsədlərinin sonradan çıxarılması üçün müharibə zonasında axtarış əməliyyatlarına icazə verməyə hazır olduğunu bəyan etmişdi.