Ermənistan təcavüzkarlığını davam etdirmək üçün hər cür çirkin əməllərə əl atır

16 İyul 2020 14:10 (UTC+04:00)

Ümumiyyətlə, Ermənistanın siyasətinin əsas prinsiplərindən biri dinc əhaliyə qarşı terrordur. Bu siyasət Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı 1988-1993-cü ilərdə tətbiq edilib. Məhz terror siyasəti nəticəsində ermənilər Dağlıq Qarabağı işğal edə biliblər, bu onların əsas aləti, prinsipidir. Həm cəbhə xətti, həm də Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan tərəfdən daha çox əhali məskunlaşıb. Bu ərazilərdə yarım milyona yaxın insan yaşayır. Ermənilərin əsas məqsədi bu terror yolu ilə Dağlıq Qarabağdakı əhali az imiş kimi, yüz kilometrlərlə uzanan sərhədboyu ərazilərdə də əhalini yaşadıqları yerlərdən didərgin salmaqdır. Bununla da ermənilər uydurma “böyük Ermənistan nəzəriyyəsini” siyasətdə tətbiq etməyə cəhd edirlər.

Ona görə də, düşmən hərbi obyektlərdən daha çox mülki obyektləri hədəfə alır. Bu döyüşlər təkcə silahlı deyil, həmçinin ideoloji müharibədir. Son nəticədə əhalinin yaşayış yerlərini tərk etm müharibələr zamanı hərbçi şərəfi deyilən bir müqəddəs ad imkan vermir ki, mülki vətəndaşlar hədəf alınsın. Bu mənada, əgər erməni generalları Azərbaycanın mülki əhalisini hədəf alırlarsa demək, onlarda hərbçi şərəfi yoxdur və onlar vandal, vəhşi insan yığnağıdırlar.əmələri, insanların döyüş eşqi ermənilərin “arzularını” gerçəkləşdirmələrinə imkan vermir.

Heç təsadüfi deyil ki, hadisələrdən heç bir sutka keçməmiş Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirildi. Dövlətimizin başçısı öz çıxışında bir daha Ermənistanın antiinsani, cinayətkar addımlarını pislədi. Prezident dedi: "Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər...”.

Ali Baş Komandanımız, həmçinin bir daha qeyd etdi ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Eyni zamanda, baş verənlərə görə, bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür və düşəcək. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.

"Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq", - deyən Ali Baş Komandan bir daha qətiyyətliliklə və əminliklə bəyan etdi ki, bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Əsl Prezident mövqeyi, əsl Ali Baş Komandan iradəsi, qətiyyəti. Bəli, düşmən bilməlidir və bilsin ki, Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi və əmri ilə istənilən anda Ermənistanı, işğalçı erməni qoşunlarını hər bir cəhətdən məhv etməyə hazır və qadirdir. Qarabağ məsələsində güzəştə getməyib, heç bir təxribat, heç bir fitnəkarlıq da onu güzəştə məcbur edə bilməyəcək. Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək.

Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın qeyd etdiyi kimi, "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir.

Abdullayeva Gülnaz, 142 saylı orta məktəbin direktoru