“Azərbaycanın özünə qayıdışı” mövzusunda videokonfrans təşkil edilib

16 İyul 2020 14:34 (UTC+04:00)

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 51-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.

MKS-dən SİA-ya bildirilib ki, “Azərbaycanın özünə qayıdışı” mövzusunda təşkil edilən konfransda Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salınıb, ölkəmizin inkişafı naminə gördüyü işlərə nəzər yetirilib. “Hər bir xalqın tarixində elə hadisələr olur ki, onlar zaman-zaman, əsrlər keçsə də, daim xatırlanır, minnətdarlıq hissi ilə yad olunur. 51 il bundan əvvəl Azərbaycanın, onun xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başladı. İyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi haqqında qərar ictimai düşüncədə və fərdi düşüncədə respublikanın dəyişilməsinə ehtiyacın dərk edilməsi ilə üst-üstə düşdü. O zaman milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü, aqrar əyalətdən inkişaf etmiş sənaye ölkəsinə doğru inkişaf başladı. 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı işinə başlanıldı”, - kimi fikirlər videokonfransda söylənilib, məruzələr dinlənilib, çıxışlar olub.

Bir həqiqət mövcuddur ki, Azərbaycan var olduqca, Ulu Öndərin adı da onunla bir yerdə çəkiləcək, nə qədər ki, Azərbaycan xalqı Heydər Əliyev yoluna sadiqdir, Azərbaycan da yüksələcək, ucalacaq və dünyanın ən zəngin, qüdrətli və firavan ölkəsi, Heydər Əliyevin şah əsəri kimi özünü daim təsdiqləyəcək.