Saatlıda evdən 4800 manatlıq oğurluq edildi

16 İyul 2020 13:30 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 17-də Qırağlı kəndindəki evlərin birindən 4800 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.