Bakıda evə basqın edən şəxs tutuldu

16 İyul 2020 13:19 (UTC+04:00)

Ev sahibəsini hədələyərək pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Musayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərdən birinə girib ev sahibəsini hədələyərək pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Musayev saxlanılıb.