Tonlarla ot bağlaması yandı

16 İyul 2020 12:18 (UTC+04:00)

Samux rayonunun Sərkar kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.