Elmar Məmmədyarov istefa verdi SON DƏQİQƏ!

16 İyul 2020 11:52 (UTC+04:00)

Elmar Məmmədyarov istefa verib. SİA yeniavaz.com-a istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.

Əldə etdiyimiz məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir. Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.

Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir.