Ermənistanda koronavirusdan ölənlərin sayı 607 nəfərə çatıb

16 İyul 2020 11:40 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 33,559 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 554 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 607 nəfər koronavirusdan ölüb.