Pərviz Abdullayev Türkiyə efirində şəhidlərimizi unutmadı VİDEO

16 İyul 2020 11:30 (UTC+04:00)

"Survivor" yarışmasının işirakçısı olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Türkiyədə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, qardaş ölkənin efirində şəhidlərimizi unutmayıb və bu fikirləri səsləndirib: “Tovuz rayonu istiqamətində döyüşlər baş tutub. Həmin döyüşlər zamanı şəhidlərimiz oldu. Bütün şəhid ailələrinə başsağlığı verirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Buna görə çox kədərliyəm”.