Baloğlan Əşrəfov şəhidlərimiz üçün göz yaşı tökdü VİDEO

16 İyul 2020 10:18 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Tovuz rayonu istiqamətində döyüşlər gedir. SİA-nın məlumatına görə, həmin hadisələrə Əməkdar artist Baloğlan Əşrəfov biganə qala bilməyib.

İfaçı göz yaşları içərisində sosial şəbəkədə video yayımlayıb. O, görünülərdə bu sözləri deyib: “Cəbhədə baş verən şəhidlərimizin ölüm xəbəri mənə dağ çəkir. Azərbaycan generalı, polkovniki, əsgəri bu döyüşdə həyatını itiribsə, Azərbaycan xalqı sakit otura bilməz. Çünki xalqımız çox qeyrətli və mərddir.
Mən də əlimdən nə gəlirsə, etməyə hazıram. Vətən yolunda şəhid olanların qarşısında baş əyirəm. Allah onların ruhunu şad eləsin (ağlayır)”.