Türkiyədə kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb

16 İyul 2020 06:52 (UTC+04:00)

Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir. Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.