BOK-un prezidenti: “Əminəm ki, gələn il Tokio Olimpiadası keçiriləcək”

16 İyul 2020 07:30 (UTC+04:00)

Koronavirus səbəbindən 2021-ci ilin iyul ayına təxirə salınmış Tokio Yay Olimpiya Oyunları vaxtında keçiriləcək.

SİA xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib. O, gələn il Tokioda Olimpiadanın keçiriləcəyinə tam əmin olduğunu bildirib: “Əminəm ki, gələn il Tokio Olimpiadası keçiriləcək”.

Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılıb.